Bank Of Baku

Noyabrın əvvəllərində Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək

Noyabrın əvvəllərində Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək
# 08 oktyabr 2011 09:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquliyev - APA-ECONOMICS. Bu il noyabr ayının əvvəlində Bakıda kənd təsərrüfatı sahəsi üzrə Azərbaycan-Almaniya biznes-forumunun keçirilməsi gözlənilir. Bu barədə APA-ECONOMICS-ə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev məlumat verib. Onun sözlərinə görə, biznes-forumda yerli şirkətlərlə yanaşı, Almaniyanın 20-yə yaxın şirkəti də iştirak edəcək. Almaniya şirkətləri tədbirə geniş proqramla qatılacaqlar: “Biznes-forumda Almaniya şirkətləri Azərbaycan şirkətləri ilə əməkdaşlıq edərək, kənd təsərrüfatı sahəsi üzrə investisiya yatırmaq planlarını müzakirə edəcəklər”.

M. Musayev həmçinin noyabr ayında Bakıda Azərbaycan-Avstriya biznes forumunun keçiriləcəyini də deyib. Həmin biznes-forumun dəqiq tarixi bilinmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR