Bank Of Baku

Azərbaycanda sahibkarlıq subyektlərinin pasportlaşdırılması bu il başa çatacaq

Azərbaycanda sahibkarlıq subyektlərinin pasportlaşdırılması bu il başa çatacaq
# 12 oktyabr 2011 12:25 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov bildirib.

Qeyd edək ki, pasportlaşdırmanın əsas məqsədi vergi ödəyiciləri və təsərrüfat subyektlərinin uçot məlumatlarını dürüstləşdirmək, bununla da gələcəkdə yarana biləcək uyğunsuzluqların vaxtında aradan qaldırılmasını təmin etməkdir. Nazirlik pasportlaşdırma prosesinə fevralın 1-də başlayıb, həmin vaxt bu prosesin bir neçə ay davam edəcəyi gözlənilsə də, sonradan bu müddət ilin sonunadək uzadılıb.

Nazirin sözlərinə görə, prosesin gec başa çatması nəzərdə tutulan işin həcminin böyük olması ilə bağlıdır: «Əməkdaşlarımız pasportlaşmanı işdən əlavə vaxtlarda, həftənin 6-cı günü həyata keçirirlər. Buna görə də biz bu müddəti ilin sonunadək uzatmalı olduq».

F.Məmmədov bildirib ki, həmin vaxtadək proses başa çatacaq və əldə olunan nəticələr məlumat bazasındakı rəqəmlərlə tutuşdurulacaq: «Bununla da müəyyən edəcəyik ki, faktiki fəaliyyətlə və qanunsuz sahibkarlıqla məşğul olanların arasında nə qədər fərq var. Artıq nəticələr var, amma mən bunu indidən elan edə bilmərəm - dəqiqləşdirilməlidir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR