Bank Of Baku

Azərbaycanda daha bir qənd istehsalçısının fəaliyyəti dayandırılıb - FOTOSESSİYA

Azərbaycanda daha bir qənd istehsalçısının fəaliyyəti dayandırılıb - <font color=red>FOTOSESSİYA</font>
# 13 oktyabr 2011 07:05 (UTC +04:00)
Bakı –APA-ECONOMICS. Binəqədi rayonunda «Kəlləqənd» adı ilə məhsul istehsal edən müəssisədə pozuntular aşkarlanıb. «APA-ECONOMICS»in məlumatına görə, bu pozuntular Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Naxçıvani küçəsi,52A ünvanında yerləşən qənd sexində aparılan nəzarət tədbirləri zamanı aşkar olunub.

Araşdırma zamanı müəyyən olunub ki, istehsal antisanitar şəraitdə aparılır, xammalın saxlanması üçün lazımi şərait yoxdur. Bundan başqa, məhsul istehsal edən avadanlıqlar yararsız, çirkli saxlanılır, hazır məhsulun sınaqları aparılmır.

Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı müəssisə rəhbəri fiziki şəxs V.Ağayevə məhsulun istehsal və satışının dayandırılması ilə bağlı iradnamə və tələbnamə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR