Bank Of Baku

Laçın rayonundan olan məcburi köçkünlər üçün prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Laçın rayonundan olan məcburi köçkünlər üçün prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb
# 13 oktyabr 2011 12:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi üzrə sahibkarlıq subyektlərindən müasir tələblərə cavab verən kiçik həcmli çörək istehsalı, kiçik həcmli meyvə-tərəvəz emalı və kiçik həcmli toxuculuq, tikişçilik və xalçaçılıq müəssisələrinin yaradılmasının maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər. Əlaqə telefonu: (+994 12) 434-74-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR