Bank Of Baku

Azərbaycan prezidenti Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb

Azərbaycan prezidenti Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb
# 13 oktyabr 2011 16:21 (UTC +04:00)
Bakı - APA-Economiscs. Azərbaycan prezidenti İlham Əliyev Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. “APA-Economiscs”-in məlumatına görə, bununla əlaqədar Azərbaycan prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 775) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydaları”nda müvafiq dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərinə SKMF-in vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilə bilər:

- 5 000 manatdan 50 000 manatadək - kiçik həcmli kreditlər;
- 50 001 manatdan 500 000 manatadək - orta həcmli kreditlər;
- 500 001 manatdan 10 000 000 manatadək - böyük həcmli kreditlər

Kreditin maksimum həddi 5.000.000 manatdan (o cümlədən bir investisiya layihəsi üzrə) 10.000.000 manata qaldırılıb.

Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilib:

- kiçik həcmli kreditlər üçün - 3 (üç) ilədək;
- orta həcmli kreditlər üçün - 5 (beş) ilədək;
- böyük həcmli kreditlər üçün - 10 (on) ilədək.

Fərmana əsasən, qaydalarda daha bir neçə dəyişiklik nəzərdə tutulur.

İqtisadi İnkişaf Nazirliyinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR