Bank Of Baku

Bakıda Azərbaycan-Bavariya biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Bavariya biznes-forumu keçiriləcək
# 14 oktyabr 2011 14:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın 19-da Bavariya İqtisadiyyat, İnfrastruktur, Nəqliyyat və Texnologiya Nazirliyinin nümayəndə heyəti Azərbaycana gələcək.

Almaniya-Azərbaycan İqtisadi İttifaqının (DAWF) Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində II Azərbaycan-Bavariya biznes-forumu təşkil olunacaq. Tədbirdə tikinti və infrastruktur, ətraf mühitin mühafizəsi texnikası, tibb və tibbi avadanlıqları sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcəklər.

Forum çərçivəsində keçiriləcək dəyirmi masa zamanı Bavariya və Azərbaycan şirkətləri əməkdaşlıq imkanları, yeni layihələrlə tanışlıq, işgüzar əlaqələrin qurulması və genişləndirilməsi məqsədilə qarşılıqlı şəkildə fikir mübadiləsi və müzakirələr aparacaq. Dəyirmi masa danışıqları üç mövzu - «Tikinti və infrastruktur», «Ətraf mühitin mühafizəsi texnikası» və «Səhiyyə və tibb texnikası» üzrə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR