Bank Of Baku

Zərdabda sahibkarlar üçün treninq keçirilib

Zərdabda sahibkarlar üçün treninq keçirilib
# 15 oktyabr 2011 10:15 (UTC +04:00)
Bakı – APA-Economics. Zərdab rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Əmək Təşkilatının «Öz biznesinə başla və təkmilləşdir» Proqramı çərçivəsində «Biznes ideyası yarat» və «Öz biznesinə başla» mövzularında treninqlər keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəlikləri, Zərdab rayon İcra Hakimiyyətinin əməkdaşları, həmçinin müxtəlif sahələrdə fəaliyyət göstərən 60-a yaxın sahibkar iştirak ediblər.

Treninqdə sahibkarlara biznesin mahiyyəti və növləri, təşkilati-hüquqi və mütərəqqi formaları, biznes mühiti, biznes ideyasının yaradılması, biznes-planların işlənib hazırlanması, marketinq araşdırmaları və SWOT təhlilin aparılması, məhsul istehsalı, satışı və reklamın təşkili və s. barədə ətraflı məlumatlar verilib.

Tədbir çərçivəsində həmçinin, «İnvestisiya layihələrinin hazırlanması» mövzusunda təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR