Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu 2012-ci ildə güzəştli kreditlərin həcmini 45% artıracaq

Sahibkarlığa Kömək Milli Fondu 2012-ci ildə güzəştli kreditlərin həcmini 45% artıracaq
# 19 oktyabr 2011 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlara 138 mln. manat həcmində güzəştli kreditlər verəcək. «APA-Economics»in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev «Azərbaycan» qəzetinə verdiyi müsahibədə bildirib.

Nazirin sözlərinə görə, 2011-ci ildə güzəştli kreditlərin verilməsi üçün nəzərdə tutulan vəsaitin indiyədək Fondun tarixində ilk dəfə ən yüksək həddə - 138 mln. manata çatdırılması nəzərdə tutulur: «Gələn il isə SKMF-dan müvəkkil kredit təşkilatları vasitəsilə 200 mln. manat vəsaitin ayrılması proqnozlaşdırılır ki, bunun da 110 mln. manatını verilmiş güzəştli kreditlər üzrə Fonda qaytarılacaq vəsaitlər, 90 mln. manatı isə dövlət büdcəsindən ayrılacaq vəsaitlər təşkil edəcək».

Qeyd edək ki, bundan öncə SKMF 2011-ci ildə sahibkarlara veriləcək güzəştli kreditlərin həcmini 125 mln. manat məbləğində proqnozlaşdırırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR