Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondunun verdiyi güzəştli kreditlər hesabına geri qaytarılan vəsaitlərin həcmi getdikcə artır

Sahibkarlığa Kömək Milli Fondunun verdiyi güzəştli kreditlər hesabına geri qaytarılan vəsaitlərin həcmi getdikcə artır
# 21 oktyabr 2011 09:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Növbəti ildə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) əvvəllər verdiyi güzəştli kreditlər hesabına geri qaytarılan vəsaitlərin həcminin 110 mln. manat olacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Ş.Abdullayevin sözlərinə görə, fonda geri qaytarılan vəsaitlərin həcmi 2008-ci ildə 23 mln. manat, 2009-cu ildə 56 mln. manat, 2010-cu ildə 71 mln. manat olub. Həmçinin 2011-ci ildə bu rəqəmin 104 mln. manat, 2012-ci ildə isə 110 mln. manat olacağı gözlənilir.

Qeyd edək ki, 2011-ci ildə 138 mln. manat həcmində güzəştli kreditin verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR