Bank Of Baku

Bakıda Azərbaycan-Qazaxıstan biznes-forumu keçirilir

Bakıda Azərbaycan-Qazaxıstan biznes-forumu keçirilir
# 24 oktyabr 2011 07:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes-forumu işə başlayıb.

APA-Economics”in xəbərinə görə, forumda hər iki ölkədən iqtisadiyyatın müxtəlif sahələrini - tikinti, sənaye, maşınqayırma, yüngül və yeyinti sənayesi, tibbi təyinatlı məhsullar və digər xidmət sektorlarını təmsil edən 80-ə yaxın iş adamı iştirak edir.

Tədbirdə çıxış edən “Azpromo”nun prezidenti Adil Məmmədov Azərbaycan şirkətlərinin Qazaxıstanda aktiv fəaliyyət göstərdiklərini bildirib: “İş adamlarımız qonşu ölkənin iqtisadiyyatının əsas sahələrinə, o cümlədən energetika, tikinti, kənd təsərrüfatı, maşınqayırma, sənaye sahələrində işləyirlər. Onlar xüsusilə Qərbi Qazaxıstanda daha fəaldırlar. Bu bölgədə Azərbaycan şirkətləri tərəfindən müxtəlif layihələr, o cümlədən yol tikintisi layihələri həyata keçirilir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2009-cu ilə nisbətən 64% artıb”.

“KAZNEX İnvest” İxrac və İnvestisiyalar üzrə Milli Agentliyinin İdarə Heyəti sədrinin müavini Neyerjan Maykenov qeyd edib ki, Qazaxıstan şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə böyük maraq göstərirlər: “Bu şirkətlər arasında neft-qaz qurğularının tikintisi, əczaçılıq və tibbi ləvazimat, qida sənayesi şirkətləri var. Forumun keçirilməsi də bu marağın böyük olduğunu göstərir. Biznes-forumlar iş adamları arasındakı əlaqələrə və iki ölkə arasındakı münasibətlərin və iqtisadi əməkdaşlığın inkişafına təkan verir”.

Qeyd edək ki, forum çərçivəsində sahibkarlar arasında ikitərəfli görüşlərin, müxtəlif sahələr üzrə ayrı-ayrı şirkətlərin təqdimatlarının keçirilməsi və anlaşma memorandumunun imzalanması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR