Bank Of Baku

Azərbaycanda universal telefon məlumat xidməti yaradılacaq

Azərbaycanda universal telefon məlumat xidməti yaradılacaq
# 24 oktyabr 2011 13:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Azərbaycanda sahibkarlar və digər vətəndaşlar üçün iqtisadiyyatla bağlı dövlət qurumlarının əksəriyyətini əhatə edən ölkə üzrə universal telefon məlumat xidməti yaradılacaq. Bu barədə «APA-ECONOMICS»ə Vergilər Nazirliyindən bildirilib.

«Azərbaycanda sahibkarların, ümumiyyətlə, vətəndaşların vaxt itkisinə yol vermədən vahid mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, sosial və digər icbari ödənişlər barədə məlumat almaq məqsədilə, Vergilər Nazirliyinin 195 Telefon Məlumat Xidmətinin təcrübəsindən istifadə etməklə ölkə üzrə digər dövlət orqanlarını da əhatə edən universal telefon məlumat xidmətinin yaradılması üzərində iş aparılır» - deyə nazirliyin məlumatında bildirilir.

Nazirliyin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov bildirib ki, yeni məlumat xidməti vergilər nazirliyi ilə yanaşı, Dövlət Sosial Müdafiə Fondu, Maliyyə Nazirliyi, lisenziya verən qurumlar və digər dövlət orqanlarını əhatə edəcək: «Bu xidmət iqtisadiyyatla bağlı bütün qurumları əhatə edəcək».

İdarə rəisinin sözlərinə görə, hazırda sistemin yaradılması üzərində iş gedir və ilin sonuna kimi bu xidmətin işə düşməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR