Bank Of Baku

Avropa Palataları Assosiasiyası Azərbaycanda sahibkarlar üçün seminar-treninqlər keçirəcək

Avropa Palataları Assosiasiyası Azərbaycanda sahibkarlar üçün seminar-treninqlər keçirəcək
# 24 oktyabr 2011 13:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropa Palataları Assosiasiyasının «Şərq tərəfdaşlığı» proqramı «East Invest» layihəsi çərçivəsində noyabr ayında Azərbaycanda kiçik və orta sahibkarlar üçün seminar-treninqlər keçirəcək. Treninqlər Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi ilə təşkil olunur və ümumilikdə 4 belə seminarın keçirilməsi planlaşdırılır.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, seminar-treninqlərin məqsədi Azərbaycan şirkətlərinin Avropa şirkətləri ilə əlaqələrini genişləndirmək, kiçik və orta sahibkarları rəqabət siyasəti, gömrük qaydaları, marketinq strategiyası, keyfiyyət standartları, maliyyə mənbələrinə çıxış və idarəçilik bacarıqları üzrə Avropa texniki standartları və qanunvericiliyi ilə yaxından tanış etməkdir.

Treninqlər avropalı mütəxəssislər tərəfindən aparılacaq və ödənişsiz keçiriləcək. Treninqlərdə iştirak etmək istəyən şirkətlər oktyabr 29-dək https://spreadsheets.google.com/spreadsheet/viewform?formkey=dGlaMnB4UFhhcC1QR2pIOXFLWm4zYUE6MA&hl=en veb-ünvanında qeydiyyatdan keçməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR