Bank Of Baku

Cənub bölgəsində əmək qanunvericiliyinin tələblərini pozan 4 sahibkarlıq subyekti cərimələnib

Cənub bölgəsində əmək qanunvericiliyinin tələblərini pozan 4 sahibkarlıq subyekti cərimələnib
# 24 oktyabr 2011 18:35 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cənub bölgəsi üzrə 9 saylı Dövlət Əmək Müfəttişliyinin əməkdaşları tərəfindən bu ilin ötən dövründə müəssisə və təşkilatlarda aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. Müfəttişliyin rəis müavini Rasim Rəhimovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, yoxlamalar Lənkəran, Astara və Lerik rayonlarının ümumilikdə 60 dövlət və 265 qeyri-dövlət subyektini əhatə edib. Nəticədə isə əmək qanunvericiliyinin müvafiq tələblərini pozan 1 fiziki və 3 hüquqi şəxs aşkarlanıb və onlara qarşı ümumilikdə 4500 manat məbləğində cərimə sanksiyası tətbiq olunub. R.Rəhimov həmçinin bu il vətəndaşların müraciətlərinin araşdırılması zamanı 846 hüquq pozuntusunun müəyyənləşdirildiyini, dövlət nəzarətinin həyata keçirilməsi sayəsində isə 55 işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlanmasına nail olunduğunu da dilə gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR