Bank Of Baku

SKMF Sabunçu sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Sabunçu sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 25 oktyabr 2011 09:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Sabunçu rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Bakı şəhərinin Sabunçu rayonu üzrə sahibkarlıq subyektlərindən müasir zeytun və zəfəran təsərrüfatlarının, müasir tələblərə cavab verən zəfəran emalı və qablaşdırılması müəssisəsinin, intensiv üzümçülük təsərrüfatının, müasir istixana kompleksinin, müasir çörək istehsalı, müasir tələblərə cavab verən quşçuluq təsərrüfatının, kiçik həcmli müasir ət kəsimi müəssisəsinin, kiçik və ya orta həcmli toxuculuq, tikişçilik və xalçaçılıq müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 434-74-29
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR