Bank Of Baku

Xırdalanda 5 tondan çox saxta duzun satışının qarşısı alınıb

Xırdalanda 5 tondan çox saxta duzun satışının qarşısı alınıb
# 25 oktyabr 2011 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Xırdalan şəhərində istehsal olunan saxta duzun istehsalı və satışının qarşısı alınıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Xırdalan şəhəri, S.Vurğun küçəsi, ev 6 ünvanında Nizami Bəşirova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən yodlaşdırılmış xörək duzunun müvafiq texnoloji təlimat və uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə duzun istehsalında xammal kimi mənşəyi bəlli olmayan duz və yoddan, qablaşdırılmasında isə mənşəyi bəlli olmayan kağız paketlərdən istifadə edildiyi müəyyən olunub.

Bununla yanaşı, yoxlama zamanı duzların etiketində istehsalçı müəssisə barədə məlumatın göstərilmədiyi müəyyən edilib.

Yol verilmiş qanun pozuntuları ilə əlaqədar duz istehsalının və 5,3 ton duzun satışının dayandırılması, habelə duzun qablaşdırılması və istehsalı zamanı istifadə olunan mənşəyi bəlli olmayan kağız paketlər, duz və yoddan istifadənin qadağan edilməsi və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış bu cür duzların geri yığılması barədə sahibkar N.Bəşirova icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR