Bank Of Baku

Qusarda borclu vergi ödəyicisinin əmlakı siyahıya alınıb

Qusarda borclu vergi ödəyicisinin əmlakı siyahıya alınıb
# 25 oktyabr 2011 11:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Azərbaycan Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi vergi borclarının məcburi alınması işinin təşkili şöbəsinin əməkdaşları Qusar şəhəri N.Şərifov küçəsində yerləşən Manafov Sərdar Mikayıl oğluna məxsus «Safari» MMC-nin əmlakını siyahıya alıblar.

Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, iyunun 7-də sahibkar S.Manafova maliyyə sanksiyasından ibarət vergi borcunun ödənilməsinə dair 42 602 manat məbləğində son bildiriş göndərilib, avqustun 23-də isə onun bank hesabına sərəncam qoyulub.

Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi vergi borclarını müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi sentyabrın 30-da S.Manafova məxsus mağazada 42 602 manat məbləğində əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb.

Vergi əməkdaşları tərəfindən nağd pul vəsaiti aşkar olunmadığından «Safari» MMC-nin 40 500 manat dəyərində hazır məhsul və 12 min manat dəyərində istehsal üçün nəzərdə tutulmuş xammal, o cümlədən 10 kq-lıq karton qablar və 50 ədəd kağız rulon siyahıya alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR