Aran iqtisadi rayonu üzrə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib
Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndiyini, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulayıb.
İqtisadi İnkişaf Nazirliyinin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov isə icrası uğurla davam etdirilən dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində iqtisadi regionda görülmüş və görüləcək işlər barədə məlumat verib.
Öz növbəsində SKMF-ın icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2011-ci ilin ötən dövrü ərzində müvəkkil kredit təşkilatları vasitəsilə ölkə üzrə sahibkarlıq subyektlərinin 1 404 investisiya layihəsinin maliyyələşdirilməsinə 120,3 mln. manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 71 böyük və iri həcmli investisiya layihəsinin (8 müasir çörək istehsalının, 13 soyuducu anbar kompleksinin, 1 taxıl anbarı kompleksinin, südlük istiqamətli 3 cins heyvandarlıq kompleksinin, 10 müasir istixana kompleksinin, 2 süd emalı müəssisəsinin, 12 quşçuluq təsərrüfatının, 3 ət emalı (kəsim sexi) müəssisəsinin, 3 meyvə-tərəvəz emalı, 1 quru meyvə istehsalı, 1 tikinti materiallarının istehsalı, 6 kənd təsərrüfatı məhsulları istehsalı (intensiv bağçılıq), 3 turizm müəssisəsinin, 1 qida yağlarının istehsalı müəssisəsinin, 1 kağız və karton istehsalı müəssisəsinin, 1 mebel istehsalı müəssisəsinin, 1 şokolad istehsalı müəssisəsinin və 1 parça istehsalı müəssisəsinin) maliyyələşdirilməsinə 101,6 mln. manat və 1 333 digər investisiya layihəsinin maliyyələşdirilməsinə 18,7 mln. manat güzəştli kredit verib.
Maliyyələşdirilən investisiya layihələrinin reallaşması nəticəsində 5 500-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulub.
Ş.Abdullayev onu da bildirib ki, Aran iqtisadi rayonu üzrə 2011-ci ilin ötən dövrü ərzində SKMF-ın vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinin 589 investisiya layihəsinin maliyyələşdirilməsinə 35,8 mln. manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 19 böyük və iri həcmli investisiya layihəsinin (1 müasir çörək istehsalı müəssisəsinin, 3 soyuducu anbar kompleksinin, südlük istiqamətli 2 cins heyvandarlıq kompleksinin, 1 müasir istixana kompleksinin, 1 süd emalı müəssisəsinin, 6 quşçuluq təsərrüfatının, 2 ət emalı (kəsim sexi), 1 tikinti materiallarının istehsalı və 2 kənd təsərrüfatı məhsulları istehsalı (intensiv bağçılıq) müəssisəsinin) maliyyələşdirilməsinə 29,3 mln. manat və 550 digər investisiya layihəsinin maliyyələşdirilməsinə 6,5 mln. manat güzəştli kredit verib. Bu kreditlər hesabına 1 700-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbir çərçivəsində Saatlı rayonunun mövcud iqtisadi potensialının reallaşdırılması istiqamətində iş adamlarının təklif və ehtiyacları nəzərə alınmaqla kiçik və orta həcmli emal müəssisələrinin yaradılması məqsədi ilə sahibkarlarla müzakirələr aparılıb. İş adamlarına Fondun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi mexanizmi izah olunub, o cümlədən investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilib.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Saatlı və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 395 min manat güzəştli kredit vəsaiti verilib ki, bu kreditlər hesabına 50-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib