Bank Of Baku

Tiflisdə İran səfirliyinin təşkilatçılığı ilə xüsusi sərgi keçirilir - FOTOSESSİYA

Tiflisdə İran səfirliyinin təşkilatçılığı ilə xüsusi sərgi keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 02 noyabr 2011 13:13 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdəki “Expo Georgia” sərgi mərkəzində İranın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə xüsusi sərgi keçirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərginin açılışında İranın Gürcüstandakı səfiri Sabir Səmədzadə və Gürcüstanın kənd təsərrüfatı naziri Zaza Qoroziya çıxış ediblər.

Sərgidə kənd təsərrüfatı, sənaye və ərzaq məhsulları, kənd təsərrüfatı və məişət texnikası, tikinti materialları, ayaqqabı və Təbrizdə toxunan müxtəlif çeşidli xalça və kilimlər nümayiş etdirilir.

İranın Gürcüstandakı səfiri Sabir Səmədzadə APA-ya açıqlamasında sərginin əhəmiyyəti barədə məlumat verib. Onun sözlərinə görə, tədbir İran və Gürcüstan şirkətlərini birgə fəaliyyət göstərmək üçün daha da yaxınlaşdıracaq: “Sərgidə iştirak edən İran şirkətləri Şərqi Azərbaycan, Təbriz və onun ətrafındakı rayonlardan gəliblər. Bu vilayətlər coğrafi cəhətdən Gürcüstana yaxın ərazilərdir. Bu gün İran şirkətlərinin istehsal etdiyi məhsulları sərgi mərkəzində nümayiş etdiririk. Biz bu günlərdə Tiflisdə İran-Gürcüstan forumu təşkil etdik və bu tədbirdə 30-dan çox İran şirkəti iştirak etdi. Onlar Gürcüstanda fəaliyyət göstərən şirkətlərlə tanış oldular, işbirliyi aparmaq üçün danışıqlar apardılar. Belə bir sərgi Bakıda da keçirilir və biz öz məhsullarımızı Azərbaycan paytaxtında da nümayiş etdiririk”.

Sərgi noyabrın 5-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR