Bank Of Baku

SKMF Saatlı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Saatlı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 03 noyabr 2011 08:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Saatlı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Fonddan «APA-Economics»ə verilən məlumata görə, prioritet sahələrə taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının, intensiv bağçılıq (nar) təsərrüfatının və kiçik həcmli müasir meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması daxildir.

Sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə bu gündən etibarən Fonda müraciət edə bilərlər.

Əlaqə telefonu: (+994 12) 434-74-29
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR