Bank Of Baku

Azərbaycanda Hökumət-Biznes Şurasının yaradılması təklif olunur

Azərbaycanda Hökumət-Biznes Şurasının yaradılması təklif olunur
# 04 noyabr 2011 13:17 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, hökumətin qeyri-neft sektorunda islahatların aparılmasına yönəlmiş proqramlarını təqdirəlayiq hesab edən Ticarət Palatası bildirir ki, ölkədə şəffaf rəqabətin inkişafına şərait yaratmaq üçün bu proqramlar daha çox sahəni əhatə etməli və daha sürətlə icra edilməlidir.

«Amerika Ticarət Palatası hökumətin korrupsiya ilə mübarizəyə yönəlmiş son tədbirlərini alqışlayır və hesab edirik ki, effektli şəkildə həyata keçirildiyi təqdirdə bu addımlar investisiya mühitini əhəmiyyətli şəkildə yaxşılaşdıra bilər», - deyə açıqlamada bildirilir.

Ölkədəki iqtisadi vəziyyət və perspektivlərlə bağlı baxışlarını açıqlayan Palata hesab edir ki, iqtisadi təhlükəsizliyi və artımı təmin etmək üçün ən etibarlı yol uzunmüddətli inkişaf planının hazırlanması və ona əməl edilməsidir: «Bununla bağlı cavabdehlik hökumətin üzərinə düşür, amma biznes ictimaiyyəti də bu prosesə töhfəsini verə bilər».

Palata bizneslə dövlət qurumları arasında yüksək səviyyədə müzakirələrin aparılması üçün ən qısa zamanda Hökumət-Biznes Şurasının yaradılmasını təkidlə xahiş edir: «Həmin Şuranın məqsədi rəqabətə davamlı sahibkarlıq fəaliyyətini azaldan və ya Azərbaycandakı işgüzar mühitə digər şəkildə xələl yetirən problemləri həll etməkdən ibarət olmalıdır».

Palata məsləhətləşmə prosesinə biznesin daha sıx cəlb olunması üçün planlaşdırılan qanunvericilik və tənzimləyici hərəkətlər haqqında məlumatın operativ və maneəsiz yayılmasını təklif edir. Bu məqsədlə Milli Məclisdə xüsusi məntəqə yaradılmalıdır ki, parlamentə təqdim olunan qanunvericilik aktları ilk gündən etibarən ictimaiyyətin (xüsusilə, biznes və hüquq ictimaiyyətinin) müzakirəsinə elektron qaydada çıxarılsın.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR