Bank Of Baku

Qaqauz Muxtar Yerində beynəlxalq iqtisadi forum keçirilib

Qaqauz Muxtar Yerində beynəlxalq iqtisadi forum keçirilib
# 07 noyabr 2011 09:33 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Moldovanın Qaqauz Muxtar Yerində «Qaqauza investisiya qoyuluşu - inkişaf vektoru» adlı ikinci iqtisadi forum keçirilib. APA-nın Moldova mətbuatına istinadən verdiyi məlumata görə, forumda Rusiya, Ukrayna, Belarus, Türkiyə, Bolqarıstan, Rumıniya və Azərbaycandan olan iş adamları iştirak ediblər.

Açılış mərasimində çıxış edən Moldovanın baş naziri Vladimir Filat bildirib ki, Qaqauz rəhbərliyi hökumət ilə birlikdə regionda investisiya mühitinin yaxşılaşdırılmasına və ölkədə yeni iş yerlərinin yaradılmasına çalışır. Qaqauz Muxtar Yerinin başçısı Mixail Formuzal deyib ki, regionun iqtisadiyyatının dirçəlməsi üçün 300 min dollardan çox investisiya qoyan iş adamları beş il ərzində vergi ödəməkdən azad olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR