Bank Of Baku

® “Səbət” şəbəkəsi Bakıda 12 mağazasının uğurlu açılışını elan edib - FOTOSESSİYA

<font color=red>® </font> “Səbət” şəbəkəsi Bakıda 12 mağazasının uğurlu açılışını elan edib - <font color=red>FOTOSESSİYA</font>
# 10 noyabr 2011 11:30 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, “Səbət” Azərbaycanda mərkəzləşmiş idarə olunan ilk ərzaq mağazaları şəbəkəsidir.

Bununla bağlı keçirilən tədbirdə pərakəndəçilik üzrə təcrübəli mütəxəssis, MDB və bir sıra Avropa dövlətlərində uğurlu layihələrin müəllifi, “Səbət” layihəsinin rəhbəri Andrey Serqeyeviç Kalmıkov bildirib ki, hazırda Bakıda «Səbət» brendli 12 mağaza fəaliyyət göstərir və cari ilin sonunadək paytaxtda daha 3 marketin açılması planlaşdırılır: “İlk “Səbət” marketin açılışı 19 fevral 2011-ci ildə Nizami küçəsi-96 ünvanında olub. Strateji plana uyğun olaraq 2012-ci ilin sonunadək Bakıda “Səbət” brendli mağazaların sayı 30-a çatdırılacaq. 20-ci mağazanın açılışında Logistik Mərkəzinin açılması nəzərdə tutulub”.

“Azeri Retail” MMC-nin Əməliyyat Departamentinin direktoru Anar Abbasov mağazaların alıcılara sərfəli qiymətlərlə birlikdə böyük alış-veriş zövqünü təmin edəcək şəkildə layihələndirildiyini söyləyib: “Səbət” bütün vacib ərzaq və təsərrüfat məhsullarını, hər gün təzə ət və meyvə-tərəvəz məhsullarını təklif edir, həmçinin müntəzəm olaraq yüksək tələbatlı məhsullara xüsusi güzəştlər təklif edir. Alıcılar “Səbət” marketlərdə hər gün sərfəli qiymətlə məhsullar ala bilərlər. Bizim məqsədimiz Azərbaycana müasir ticarət konsepsiyası gətirməkdir - ən sərfəli qiymətlər, yüksək keyfiyyət və seçim imkanı təklif edərək, alıcılara daha çox qənaət etməyə kömək etməkdir”.

“Azeri Retail” MMC-nin baş direktoru Bəhruz Hüseynov qeyd edib ki, hər bir mağaza açılarkən 20-25 nəfər daimi işlə təmin olunur: “Hal-hazırda şirkətimizdə Mərkəzi Ofislə birlikdə 400 nəfərədək əməkdaş işləyir. Biz onlara müasir pərakəndəçilik texnologiyaları ilə daha yaxından tanış olmaq şansı verir, rəqabətli, perspektivli, sağlam əmək mühitli, daimi iş yeri yaradırıq. Qısa müddət ərzində bir çox işlərin öhdəsindən gələ bilmişik. Aydındır ki, bütün bunlar ölkədə özəl biznes üçün yaradılmış əlverişli şərait sayəsində mümkün olub. Təsadüfü deyil ki, bu ilin sentyabr ayında Moskva şəhərində keçirilən Rusiya Pərakəndə Biznesi sammitində “Azeri Retail” MMC “İlin Pərakəndəçilik konsepsiyası” nominasiyasında dünyada pərakəndəçilik üzrə məşhur brendlərin arasında fərqlənərək, finalçı olub”.

Qeyd edək ki, “Səbət” mağazalar şəbəkəsi “Azeri-Retail” MMC-yə məxsusdur. “Azeri Retail” MMC 2010-cu ildə təsis olunub. Bu layihə Avstriyada yerləşən investisiya fondu “Emsa Capital”ın təşəbbüsü ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR