Bank Of Baku

“Caspian Energy” brendi Ümumdünya Əqli Mülkiyyətin Təşkilatında qeydiyyatdan keçib

“Caspian Energy” brendi Ümumdünya Əqli Mülkiyyətin Təşkilatında qeydiyyatdan keçib
# 11 noyabr 2011 08:40 (UTC +04:00)
Bakı - APA-Economics. “Caspian Energy” (Azərbaycan) jurnalına məxsus olan “Caspian Energy” brendi Ümumdünya Əqli Mülkiyyətin Təşkilatında qeydiyyatdan keçib. Bu barədə “APA-Economics”ə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubundan məlumata verilib.

Sözügedən qərar Bakıdakı Caspian Energy jurnalına və Londondakı Caspian Energy International Media Group-na aid olmayan, lakin “Caspian Energy” brendi altında bir çox çap və elektron KİV-in dərc edilməsi təşəbbüsündən sonra qəbul olunub. Bununla əlaqədar Ümumdünya Əqli Mülkiyyətin Təşkilatı “Caspian Energy” (Azərbaycan) jurnalının redaksiyasına “Caspian Energy” brendinin Madrid Sazişi və Protokolu çərçivəsində Əmtəə Nişanlarının Beynəlxalq Reyestrində həyata keçirilən qeydiyyata uyğun olduğunu təsdiqləyən sertifikat təqdim edib.

Sertifikata əsasən, «Caspian Energy» brendi dünyanın 50 ölkəsində, həmçinin Avropa İttifaqı bütün ölkələri, Rusiya və Qazaxıstan ərazilərində qeydiyyatdan keçirilib. Bundan əvvəl «Caspian Energy» brendi Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyatdan keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR