Bank Of Baku

SKMF Cəlilabad sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Cəlilabad sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 11 noyabr 2011 10:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Cəlilabad rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Fonddan «APA-Economics»ə verilən məlumata görə, prioritet sahələrə intensiv üzümçülük, intensiv kartofçuluq (və ya kartof toxumçuluğu), müasir taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının, həmçinin kiçik və orta həcmli çiyələk emalı müəssisəsinin yaradılması daxildir.

Sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə bu gündən etibarən Fonda müraciət edə bilərlər.

Əlaqə telefonu: (+994 12) 434-74-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR