Azərbaycanda kommersiya obyektlərinin etibarnamə ilə icarəyə verilməsi qadağan edilib
Nazirlikdən bildirilib ki, son illər ticarət və xidmət obyektlərinin və digər növ əmlakın icarəyə verilməsi halları geniş yayılıb. Bu sahənin vergiyə cəlb edilməsi vəziyyətini araşdıranda isə məlum olub ki, əksər hallarda vergi ödəyiciləri təsərrüfat subyektini faktiki olaraq icarəyə verdikləri halda, bu münasibət (yəni, obyektin istifadə hüququ) etibarnamə ilə rəsmiləşdirilir. Başqa sözlə, obyektin sahibi icarəçi ilə müqaviləsi bağlamaq əvəzinə icarəçiyə etibarnamə verir. Bu isə obyekt sahibinin vergidən yayınmasına səbəb olur. «Mövcud vəziyyətin təhlili göstərir ki, Bakı şəhər Vergilər Departamentində qeydiyyatda olan 62 459 təsərrüfat subyektinin 13 409-u istifadə etdiyi obyekti etibarnamə ilə icarəyə götürmüş şəxslərdir», - deyə məlumatda bildirilir.
Bu vəziyyətin aradan qaldırılması üçün vergilər nazirinin əmri ilə təsdiq edilmiş «Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş»ə dəyişiklik edilib. Həmin dəyişikliklərlə təsərrüfat subyektlərinin icarə münasibətləri ilə bağlı məsələlər tənzimlənir.
Vergilər Nazirliyində sahibkarlara və obyekt sahiblərinə xatırladırlar ki, sahibkarlıq məqsədi üçün istifadəyə verilən obyektlərin etibarnamə ilə verilməsi Mülki Məcəllənin tələblərinə də ziddir. Belə ki, məcəllənin 362.1, 152.8 və 359.1-ci maddələrinə əsasən, etibarnamə yalnız etibar edənin üçüncü şəxslər qarşısında təmsil olunması, onun hüquq və mənafelərinin həyata keçirilməsi üçün verilir. Məcəlləyə əsasən, etibar edilən şəxs (yəni, obyektdən istifadə edən) vergi ödəyicisi kimi qeydiyyata duraraq etibarnamə əsasında verilmiş əmlakdan öz mənafeyi naminə istifadə edə bilməz.
Başqa sözlə, qanuna görə, əmlakdan sahibkarlıq məqsədilə istifadə olunursa icarə müqaviləsi bağlanmalı, icarəçi icarə haqqı ödəməli, əmlakın sahibi isə bu gəlirdən vergi ödəməlidir: «Vergi ödəyiciləri müqavilədə icarə haqqını müəyyənləşdirməklə təsərrüfat obyektini vergi orqanında uçota qoymalıdır. Əmlakın icarəyə verilməsindən gələn gəlirlər üzrə verginin dərəcəsi isə 14%-dir».
Nazirliyin açıqlamasından məlum olur ki, əmlak sahibləri və sahibkarların icarə haqqını süni surətdə azaltmasına da imkan verilməyəcək. Bildirilir ki, «icarə haqqının məbləği vergi orqanlarında aşkar şübhə doğurarsa», bu məbləğlər eyni ərazidə yerləşən eyni xüsusiyyətlərə malik digər obyektlərin icarə haqları ilə tutuşdurula bilər. «Əgər belə bir analoji obyekt mövcud deyilsə, Nazirlər Kabinetinin «Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği»nin təsdiq edilməsi haqqında» qərarı əsas götürülə bilər», - deyə məlumatda qeyd olunub.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO