Bank Of Baku

Bu il 195 telefon-məlumat xidmətinə 200 mindən artıq müraciət daxil olub

Bu il 195 telefon-məlumat xidmətinə 200 mindən artıq müraciət daxil olub
# 14 noyabr 2011 08:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin 195 telefon-məlumat xidməti tərəfindən 211 849 müraciət, o cümlədən canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən 102 148, elektron operator tərəfindən 109 701 müraciət cavablandırılıb. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə canlı əlaqə zamanı cavablandırılan müraciətlərin sayı 65% artıb.

Müfəttiş operatorlar tərəfindən cavablandırılmış sual xarakterli müraciətlər əsasən elektron xidmətlər (26%), vergi növləri (19%), qeydiyyat (15%), hesabatlar (bəyannamələr) və onların doldurulma qaydaları (14%) ilə bağlı olub. Avtomatik rejimdə fəaliyyət zamanı daxil olan müraciətlərdən 40%-i vergi növləri, 11%-i isə dövlət büdcəsinə olan vergi borcu ilə əlaqədar ümumi məlumatların alınması barədə olub. Canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən vergi ödəyicilərinin və vətəndaşların şikayət (ərizə) və məlumat xarakterli 461 müraciəti qəbul edilərək aidiyyəti üzrə göndərilib. Hesabat dövründə telefon-məlumat xidməti tərəfindən vergi ödəyicilərinə ümumilikdə 202 014 olmaqla 36 254 səsli və 165 760 yazılı mesaj (SMS) göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR