Bank Of Baku

Bakıda sahibkarlar üçün seminar keçirilir

Bakıda sahibkarlar üçün seminar keçirilir
# 16 noyabr 2011 08:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) və «East Invest» beynəlxalq təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan sahibkarları üçün 3 günlük seminara start verilib.

«APA-Economics»in məlumatına görə, seminarın açılışında çıxış edən ASK prezidenti Məmməd Musayev bildirib ki, seminarda təlimçilər tərəfindən sahibkarlara Avropa bazarlarına çıxış imkanları, bu bazarın şərtləri və texniki sənədləri barədə geniş məruzələr tədris olunacaq. Həmçinin mal və xidmətlərin sərbəst hərəkəti, rəqabət siyasəti, texniki standartlar və sertifikatlaşdırma, gömrük siyasəti, əqli mülkiyyət hüququ və digər mövzular barədə xarici ekspertlərin çıxışları olacaq.

Tədbirdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Zaur Qasımov yerli sahibkarlar və xarici qonaqlar üçün Azərbaycan iqtisadiyyatının inkişafından danışıb. Onun sözlərinə görə, son 7 il ərzində Azərbaycanda qeyri-neft sektoru 2 dəfə, əsas kapitala yönəlmiş investisiyalar 3 dəfə, ixrac 8 dəfə, strateji valyuta ehtiyatları isə 18 dəfə artıb. Müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 100 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb ki, bu investisiyaların da 50%-i xarici investisiyaların payına düşüb.

Xarici qonaqların çıxışından sonra sahibkarlar üçün seminara start verilib. Seminarda təxminən 20 sahibkar iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR