Bank Of Baku

Azərbaycanda dövlət satınalmalarında yerli məhsullara üstünlük veriləcək

Azərbaycanda dövlət satınalmalarında yerli məhsullara üstünlük veriləcək
# 16 noyabr 2011 12:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulub.

Tədbirlər planında Satınalmalar üzrə Dövlət Agentliyinə tapşırılıb ki, dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə yerli mallara münasibətdə qanunvericiliyə uyğun olaraq güzəştlərin tətbiqinə başlasın.

Ümumiyyətlə, Azərbaycanda dövlət satınalmaları sisteminin təkmilləşdirilməsi gözlənilir. Tədbirlər planında Agentliyə dövlət satınalmalarında rəqabət və iştirakçılığın artırılması məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Bu tədbirlərin 2011-2015-ci illərdə icra edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR