Bank Of Baku

Azərbaycanda «Eurovision-2012» müsabiqəsinə hazırlıqla bağlı suvenir istehsalçılarından investisiya layihələrinin qəbuluna başlanıb

Azərbaycanda «Eurovision-2012» müsabiqəsinə hazırlıqla bağlı suvenir istehsalçılarından investisiya layihələrinin qəbuluna başlanıb
# 16 noyabr 2011 13:13 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, son dövrlərdə Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi festivallarının keçirildiyini, Azərbaycana gələn turistlərin ildən-ilə artdığını, eləcə də «Eurovision - 2012» mahnı müsabiqəsinin 2012-ci ildə Bakıda keçirilməsini nəzərə alaraq, SKMF Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının (tikiş, toxuma, heykəltəraşlıq, oyma sənəti nümunələri, aksesuarlar və s.) istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflərin qəbulunu elan edib.

İnvestisiya layihəsi çərçivəsində görüləcək işlərə dair tövsiyələrə Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının istehsalının, qablaşdırılmasının və satışının təşkil olunması, investisiya layihəsi çərçivəsində suvenirlərin istehsalında yüksək dizayn xidmətlərinin təşkili daxildir.

Sahibkarlıq subyektləri investisiya layihələrini müvəkkil kredit təşkilatlarına təqdim edə bilər. Təqdim edilmiş investisiya təkliflərinə qanunvericiliyə uyğun olaraq SKMF-da baxılacaq. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR