Bank Of Baku

Azərbaycanda yeni sahibkarlar ilkin kapitalla təmin olunacaq

Azərbaycanda yeni sahibkarlar ilkin kapitalla təmin olunacaq
# 16 noyabr 2011 14:18 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulub.

Tədbirlər planında Nazirlər Kabineti və İqtisadi İnkişaf Nazirliyinə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün ilkin kapitalın formalaşdırılması məqsədi ilə dəstək mexanizmlərinin yaradılması tapşırılıb. Sənəddə məşğulluğun artırılması məqsədilə işgüzar aktivliyin yüksəldilməsi üçün digər tədbirlər də əksini tapıb.

Plana əsasən, yeni iş yerlərinin yaradılması üçün regionlara investorların cəlb edilməsi məqsədi ilə investisiya imkanlarının araşdırılması və xarici investorlara təqdim ediləcək konkret investisiya təkliflərinin hazırlanması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu işlər İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və yerli icra hakimiyyəti orqanlarına həvalə edilib.

Həmçinin, investorlar üçün ölkənin cəlbedici olmayan regionlarında yeni iş yerlərinin açılmasına şərait yaradılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi də planlaşdırılır.

Tədbirlər planında İİN-ə sahibkarların kreditləşdirilməsi zamanı ilk növbədə innovasiyalar tətbiq olunan yeni iş yerlərinin yaradılmasına yönəldilmiş layihələrə üstünlük verilməsi tapşırılıb.

Regionlarda sahibkarlıqla məşğul olan şəxslərin məlumatlandırılması və vergi öhdəliklərinin yerinə yetirilməsinə əlverişli şəraitin yaradılması məqsədi ilə kompyuter terminalları şəbəkəsinin genişləndirilməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR