Bank Of Baku

Gələn il Azərbaycanın üç rayonunda yeni konserv zavodlarının inşasına başlanacaq

Gələn il Azərbaycanın üç rayonunda yeni konserv zavodlarının inşasına başlanacaq
# 18 noyabr 2011 09:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Gələn il İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) maliyyə dəstəyi ilə Samux, Gəncə və Qazaxda yeni konserv zavodları istifadəyə veriləcək. “APA-Economics”in xəbərinə görə, bu barədə SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, yeni konserv zavodlarının inşası ilə bağlı hazırda sahibkarlarla danışıqlar aparılır, onların təklifləri qəbul olunur.

Ş.Abdullayev qeyd edib ki, bu il ərzində fond tərəfindən ümumi tutumu 138 min ton olan 33 soyuducu anbar kompleksinin inşası maliyyələşdirilib. Artıq bu anbar-komplekslərdən 18-i istifadəyə verilib, qalanının isə növbəti il ərzində istifadəyə verilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR