Bank Of Baku

Azərbaycanda İordaniya Ticarət Mərkəzi açılacaq

Azərbaycanda İordaniya Ticarət Mərkəzi açılacaq
# 18 noyabr 2011 09:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Yaxın vaxtlarda Azərbaycanda İordaniya Ticarət Mərkəzinin açılacağı gözlənilir. APA-nın məlumatına görə, bunu İordaniya Krallığının Azərbaycandakı səfiri Adel Adaileh bildirib.

Səfir bildirib ki, İordaniya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. Əlaqələrin bu səviyyədə olmasında hər iki ölkənin rəhbərlərinin xüsusi xidməti var. Azərbaycan ilə İordaniya arasında iqtisadi, mədəni, ticarət əlaqələri iki ölkənin xalqlarının mənafelərinə xidmət edir: «Təəssüflər olsun ki, hazırda Azərbaycanla İordaniya arasında ticarət dövriyyəsi istədiyimiz səviyyədə deyil və mövcud potensialı əks etdirmir. Bu məsələ üzərində iş gedir və ümid edirəm ki, Azərbaycan ilə ticarət dövriyyəsinin həcmi artacaq».

A.Adaileh qeyd edib ki, hazırda Azərbaycan ilə İordaniya arasında ticarət dövriyyəsinin həcmi 7 mln. dollar təşkil edir: «Ticarət əlaqələrini yüksəltmək imkanları çoxdur. Hazırda Bakıda İordaniya Ticarət Mərkəzinin açılması istiqamətində iş gedir. Bu məqsədlə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Azpromo təşkilatı ilə danışıqlar aparılır. İordaniya aqrar sektoru, kənd təsərrüfatı, emal sənayesi, dərman, tikinti məhsulları və müasir innovasiya texnologiyalarını Azərbaycan bazarına çıxarı bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR