Bank Of Baku

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tender keçirir

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tender keçirir
# 18 noyabr 2011 10:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) informasiya sisteminin (proqram təminatı) yaradılması üzrə açıq tender elan edib. Fonddan «APA-Economics»ə verilən məlumata görə, ƏSF üçün yaradılacaq informasiya sistemi özündə «Əməliyyat sistemi modulu», «Hesabatların yaradılması üçün modul», «Üzv banklarda proqram təminatının fəaliyyəti üçün modul» və «Agent banklarda proqram təminatının fəaliyyəti üçün modul»ları əks etdirməlidir.

İddiaçılar Azərbaycanda və ya xaricdə fəaliyyət göstərən kommersiya bankları üçün əməliyyat sistemlərinin yaradılması və bu istiqamətdə layihələrin idarə edilməsi sahəsində ən azı 3 il iş təcrübəsinə malik olmalıdır. Xarici iddiaçılar Azərbaycanda fəaliyyət göstərən bölməsi, filialı və ya kommersiya bankları üçün əməliyyat sistemlərinin yaradılması sahəsində ən azı 3 il iş təcrübəsinə malik olan yerli tərəfdaşının olmasını təsdiq edən sənədlər təqdim etməlidir.

Tenderdə iştirak etmək üçün iddiaçının tender təklifi 2012-ci il iyunun 1-dək, tender təklifinin təminatı avqustun 31-dək qüvvədə olmalıdır. İddiaçı tender təklifi və bank təminatını 2012-ci il yanvarın 31-dək, digər tələb olunan sənədləri isə yanvarın 19-dək təqdim etməlidir. Tenderdə iştirak haqqı 1000 manatdır.

Tender prosedurası 2012-ci il fevralın 3-də ƏSF-nin ofisində keçiriləcək.

Tenderin şərlərinə əsasən, proqram təminatı satınalma müqaviləsi imzalandığı gündən etibarən 18 ay müddətində Fondun ofisində, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi inzibati binada və üzv bankların baş ofislərində quraşdırılıb təhvil verilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR