Bank Of Baku

Azərbaycan prezidenti Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak edib

Azərbaycan prezidenti Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak edib
# 18 noyabr 2011 12:15 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak edib. “APA-Economics”-in məlumatına görə, dövlət başçısı zavodu işə salıb.

İstehsal gücü saatda 6 min litr olan zavodun tikintisinə bu ilin martında başlanılıb, oktyabrda isə başa çatdırılıb. İllik istehsal gücü 50 milyon litr olan müəssisədə 60 nəfər işlə təmin olunacaq.

Müasir avadanlığın quraşdırıldığı zavodda istehsal prosesi ilə tanış olan prezident hazır məhsulun dadına da baxıb.

Dövlət başçısı bu cür müəssisələrin açılmasının əhəmiyyətini qeyd edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR