Bank Of Baku

Göyçayda «Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu» mövzusunda seminar keçirilib

Göyçayda «Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu» mövzusunda seminar keçirilib
# 18 noyabr 2011 15:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə Göyçay rayonunda «Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu» mövzusunda seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin əməkdaşları və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər iştirak edib.

Seminarda elektron ticarət və onun əhəmiyyəti, elektron ticarət portallarının xüsusiyyətləri, elektron ticarətlə bağlı beynəlxalq təcrübə, elektron sənəd dövriyyəsi və s. barədə ətraflı məlumatlar verilib.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR