Bank Of Baku

Bakı Kondisioner Zavodunda qanunsuz istehsal faktı aşkarlanıb

Bakı Kondisioner Zavodunda qanunsuz istehsal faktı aşkarlanıb
# 21 noyabr 2011 12:33 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, reyd zamanı Nərimanov rayonunda yerləşən “Bakı Kondisioner Zavodu” ASC-nin həyətində qaz sobalarının istehsal olunduğu müəyyən olunub.

Əraziyə baxış keçirilərkən istehsalçının İran vətəndaşı Mehran Mənuçöhr adlı şəxs olduğu aydınlaşıb. Həmin yerdə kustar üsulla hazırlanan xeyli sayda qaz sobaları aşkarlanaraq aktlaşdırılıb.

SMPDK-nın mətbuat katibi Fazil Talıblı jurnalistlərə açıqlamasında bildirib ki, həmin sobaların qutularının üzərində sertifikatlaşdırma nişanı (“AZS”) qanunsuz olaraq qeyd olunub: “Payız-qış mövsümünün başlanması ilə bağlı istilik sistemlərinə nəzarət gücləndirilib. İki ildir ki, İranda istehsal olunan qaz sobalarının Azərbaycana gətirilməsinə icazə verilmir. Lakin araşdırma zamanı məlum oldu ki, İrandan həmin sobaların ehtiyat hissələrini gətirərək, burada kustar üsulla hazırlayırlar. Bu sobalar həyat üçün çox təhlükəlidir. Onlar bazarda kifayət qədər baha qiymətə satılır. Vətəndaşlardan xahiş edirik ki, bu cür sobaları alarkən ehtiyatlı olsunlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR