Bank Of Baku

Qazaxda «Layihələrin idarə edilməsi» mövzusunda treninq keçirilib

Qazaxda «Layihələrin idarə edilməsi» mövzusunda treninq keçirilib
# 21 noyabr 2011 13:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda «Layihələrin idarə edilməsi» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının əməkdaşları, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və gənc menecerlər iştirak edib.

Treninqdə layihənin hazırlanması metodologiyası və onun həyata keçirilməsi yolları, layihənin məqsəd və vəzifələrinin müəyyən edilməsi, fəaliyyət planının və proqramın hazırlanması, layihənin büdcə planlaşdırılması və s. barədə ətraflı məlumatlar verilib.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR