Bank Of Baku

ARDNŞ izmirli iş adamlarının Azərbaycana səfərini təşkil edir

ARDNŞ izmirli iş adamlarının Azərbaycana səfərini təşkil edir
# 22 noyabr 2011 11:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyə Respublikasında ən böyük aktivi olan “Petkim” Petrokimya Holdinqi Egey Bölgəsi Sənaye Palatasının (EBSO) iştirakı ilə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində yeni addım atmağa hazırlaşır.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, İzmir valisi Cahid Kıraç, Böyükşəhər Bələdiyyə Başqanı Əziz Qocaoğlu və EBSO Məclisi üzvlərindən ibarət 180 nəfərlik bir heyətin noyabrın 27-dən 29-dək Bakıya səfəri təşkil ediləcək.

Səfər çərçivəsində heyətə daxil olan iş adamlarının İqtisadi İnkişaf, Sənaye və Energetika nazirlikləri və ARDNŞ rəhbərliyi ilə görüşləri nəzərdə tutulub. Müxtəlif sektorlarda fəaliyyət göstərən türkiyəli iş adamları azərbaycanlı həmkarları ilə görüşərək, müştərək investisiya imkanlarını müzakirə edəcək. Türk iş adamları Azərbaycanda xüsusilə maşın-mexanizm, avtomobil daşımaları, dəmir-polad, elektrik dəzgahları, tütün, şəkər məmulatları və plastik məhsullar kimi sektorlarda idxal bazarını nəzərdən keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR