Bank Of Baku

Azərbaycan gələn il hüquqi şəxslərin «on-line» qeydiyyatına başlayacaq

Azərbaycan gələn il hüquqi şəxslərin «on-line» qeydiyyatına başlayacaq
# 22 noyabr 2011 13:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda hüquqi şəxslərin onlayn rejimdə qeydiyyatına gələn ilin əvvəlindən başlanacaq. «APA-Economics»in məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hüquqi şəxslərin qeydiyyatının gələn il yanvarın 1-dən başlanması nəzərdə tutulur. Bununla yanaşı nazir bildirib ki, məsələnin texniki tərəfləri də həll olunmalıdır və buna görə qeydiyyatın başlanması 1-2 ay ləngiyə bilər: «Amma gələn ilin birinci rübündə bu prosesin başlanacağı birmənalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR