Bank Of Baku

Azərbaycanda qanunsuz sahibkarlığa qarşı sanksiyalar ağırlaşıb

Azərbaycanda qanunsuz sahibkarlığa qarşı sanksiyalar ağırlaşıb
# 22 noyabr 2011 13:25 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında vergilər naziri Fazil Məmmədov məlumat verib.

Yeni tədbirlər vergilər nazirinin «Vergi orqanlarında uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunması barədə» əmrində əksini tapıb.

F.Məmmədovun sözlərinə görə, qanunsuz sahibkarlıq fəaliyyətinə görə cərimələr İnzibati Xətalar Məcəlləsində indi də nəzərdə tutulur: «Burada cərimənin məbləği təqribən 40 manat təşkil edir».

Yeni əmrə görə isə, belə sahibkarlara cərimədən vergi qanunvericiliyindəki sanksiyalar da tətbiq olunacaq. «Məsələn, indi qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub, eyni zamanda kassa aparatlarından istifadə etməyən şəxslər müvafiq olaraq adi vergi ödəyiciləri kimi 400 manat, 800 manat və 1200 manat məbləğində cərimələnəcəklər», - deyə nazir vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR