Bank Of Baku

Bakıda Dünya Bankının Şərqi Avropa və MDB məkanında həyata keçirilən layihələr barədə seminar keçirilib

Bakıda Dünya Bankının Şərqi Avropa və MDB məkanında həyata keçirilən layihələr barədə seminar keçirilib
# 24 noyabr 2011 09:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Dünya Bankının (DB) təşkilatçılığı ilə Şərqi Avropa və MDB məkanında DB tərəfindən həyata keçirilən layihələr və alqı-satqı prosesləri barədə yerli iş adamları üçün maarifləndirici seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə Azpromo-nun rəhbəri Adil Məmmədov fondun iş adamlarına göstərdiyi dəstək tədbirləri barədə məlumat verib. A.Məmmədov bildirib ki, fond yerli sahibkarların istehsal etdiyi məhsulların ixrac potensialının artırılması, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması, birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi, ixrac və alqı-satqı proseduraları barədə iş adamlarının məlumatlandırılması üçün müxtəlif tədbirlər, o cümlədən seminar və treninqlər keçirir.

Tədbirdə həmçinin Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin sədri vəzifələrini icra edən Səidə Bağırlı seminarın əsas məqsədi və iş adamlarına faydası barədə məlumat verib.

Seminarda DB eksperti Depal Fernando təchizat proseduraları, MDB , Avropa və Mərkəzi Asiya regionunda DB tərəfindən həyata keçirilən layihələr, alqı-satqı sənədlərinin hazırlanması proseduraları haqqında geniş təqdimatla çıxış edib.

Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR