Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Suraxanı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Suraxanı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 24 noyabr 2011 10:57 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Suraxanı rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan “APA-Economics”ə verilən məlumata görə, Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən zeytunçuluq təsərrüfatlarının və müasir zeytun emalı fabrikinin yaradılması, faraş tərəvəz məhsullarının, eləcə də müxtəlif çiçəklərin yetişdirilməsi üçün müasir istixana kompleksinin yaradılması, müasir çörək istehsalı müəssisəsinin yaradılması, müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması, yeni texnologiyaların tətbiqinə əsaslanan müasir quş kəsimi fabrikinin yaradılması, kiçik həcmli müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması, kiçik və ya orta həcmli toxuculuq, tikişçilik və xalçaçılıq müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi investisiya layihələrini Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR