Bank Of Baku

® “Embawood” mebelləri beynəlxalq sərgidə uğur qazanmışdır - FOTOSESSİYA

<font color=red>® </font> “Embawood” mebelləri beynəlxalq sərgidə uğur qazanmışdır - <font color=red>FOTOSESSİYA</font>
# 25 noyabr 2011 09:01 (UTC +04:00)
Bakı - APA-Economics. Noyabrın 21-25-də Moskva şəhərində “MEBEL - 2011” 23-cü Beynəlxalq sərgisi keçirilib.

APA-Economics”in xəbərinə görə, sərgidə dünyanın 20-dən çox ölkəsindən 200-ə qədər şirkət iştirak edib.

Sərgi post-sovet ölkələrində ən böyük mebel sərgisidir. Burada yeni dizaynların təqdimatı ilə yanaşı, müştərilərin mebel seçimi də həyata keçirilərək, xəyallardakı interyeri reallaşdırmaq üçün lazım olan bütün mebel çeşidləri sərgilənir.

Sərginin iştirakçısı olan Azərbaycanın “Embawood” şirkəti istər orijinal dizaynlı mebellərə, istərsə də konsept həllərə görə sərgidə ən bəyənilən stendlərdən biri olub. “Embawood” şirkətinin Marketinq direktoru İlkin Manafovun sözlərinə görə, “Embawood” sərgidə yalnız mebel deyil, insanlara ev rahatlığını nümayiş etdirir.

Xatırlatmaq istərdik ki, şirkət 1996-cı ildən fəaliyyət göstərir. Bazarda olduğu 15 il ərzində “Embawood” mağaza şəbəkəsi 10 ölkədə, fabrikləri isə Azərbaycan, Gürcüstan, Ukrayna və Türkiyədə fəaliyyət göstərir. Əlavə olaraq Qazaxıstan və Gürcüstanda regional nümayəndəliklər mövcuddur. Azərbaycanda 60, Qazaxıstanda 25, Gürcüstanda 19 mağaza, dünyanın digər ölkələrində “Embawood” şirkətinə məxsus satış nöqtələri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR