Bank Of Baku

Azərbaycan Rusiyanın Şimali Qafqaz regionunda investisiya imkanlarını araşdırır

Azərbaycan Rusiyanın Şimali Qafqaz regionunda investisiya imkanlarını araşdırır
# 25 noyabr 2011 09:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın Şimali Qafqaz regionunda investisiya imkanlarının araşdırılması məqsədilə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün sözügedən regiona səfər edəcək.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya və Qaraçay-Çərkəzə səfər edəcək. Nümayəndə heyətinə rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları da daxildir.

Səfər çərçivəsində Mahaçqala şəhərində Azərbaycan və Şimali Qafqaz regionunun sahibkarlarının iştirakı ilə Rusiya-Azərbaycan biznes forumu keçiriləcək.

Həmçinin Azərbaycan nümayəndə heyətinin Şimali Qafqaz regionunda bir sıra işgüzar görüşləri nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR