Bank Of Baku

Nazir: “Son illər Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 400 milyon dollar həcmində investisiya yatırılıb”

Nazir: “Son illər Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 400 milyon dollar həcmində investisiya yatırılıb”
# 26 noyabr 2011 12:59 (UTC +04:00)
Bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Mahaçqalada keçirilən Rusiya-Azərbaycan biznes forumunda çıxışında bildirib. İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycanın xarici siyasətində Rusiya ilə əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edib. Ticarət əlaqələrinin Azərbaycan və Rusiya arasındakı ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən olduğunu vurğulayan nazir 2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin təqribən 2 mlrd. ABŞ dolları olduğunu bildirib: «Bu ilin yanvar-sentyabr ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsi 62,8% artaraq 2,1 mlrd. dollar təşkil edib. Bu gün Azərbaycanda idxalın ümumi həcmində Rusiya birinci yerdədir».

Əməkdaşlığın vacib sahələrindən biri də qarşılıqlı investisiya qoyuluşlarının olduğunu deyən Ş.Mustafayev onu da qeyd edib ki, 2004-2010-cu illər ərzində Azərbaycanda Rusiya kapitallı 233 müəssisə qeydiyyatdan keçib: «Son illər Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 400 mln. dollar həcmində investisiya yatırılıb. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının 80%-dən çoxu Azərbaycanın payına düşür. Ölkə iqtisadiyyatının dinamik inkişafı nəticəsində Azərbaycan şirkətlərinin maliyyə imkanları artıb və onlar qonşu ölkələrə, o cümlədən Rusiyanın Şimali Qafqaz regionuna fəal investisiya qoyuluşuna başlayıb. Hazırda bir sıra Azərbaycan şirkətləri tikinti və layihələndirmə, qida sənayesi və s. sahələrdə Şimali Qafqaz regionunda uğurla fəaliyyət göstərir. İqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün Dağıstan Respublikası ilə İqtisadi və Humanitar sahədə Əməkdaşlıq üzrə Komissiya yaradılıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR