Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyasının qadın sahibkarlarla bağlı layihəsi başa çatır

Azərbaycan Mikromaliyyə Assosiasiyasının qadın sahibkarlarla bağlı layihəsi başa çatır
# 29 noyabr 2011 11:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin dekabr ayında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) «Azərbaycanda gender təşviqi» adlı daha bir layihəsi başa çatır.

AMA-nın icraçı direktoru Jalə Hacıyevanın «APA-Economics»ə verdiyi məlumata görə, Hollandiyanın «Oxfam Novid» şirkəti tərəfindən maliyyələşdirilən layihənin icrasına 2009-cu ilin sentyabrında başlanılıb. Layihə çərçivəsində Mingəçevir və Göyçayda qadın sahibkarlar üçün pilot proqramlar həyata keçirilib. Layihənin icrasının əsas məqsədi Azərbaycanda qadın sahibkarların həyatları və biznesləri arasında balans yaradan yeni iqtisadi alətin yaradılması olub. Bu iqtisadi alət qadın sahibkarların biznes fəaliyyətində həyat problemlərinin aradan qaldırılmasına yardımçı olacaq.

J.Hacıyeva bildirib ki, layihənin başa çatması ilə bağlı bu ilin dekabr ayının 16-da təşkil olunacaq tədbirdə bir neçə qadın sahibkarın mükafatlandırılması da nəzərdə tutulub.

Qeyd edək ki, layihənin yerli icraçısı AMA, beynəlxalq icraçısı isə Polşa Mikromaliyyə Mərkəzi olub.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR