Bank Of Baku

Bakıda Azərbaycan-Yaponiya biznes əlaqələri mövzusunda seminar keçirilib

Bakıda Azərbaycan-Yaponiya biznes əlaqələri mövzusunda seminar keçirilib
# 29 noyabr 2011 13:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün “Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Bakıda «Yaponiya iqtisadiyyatı və Azərbaycanla Yaponiya arasında beynəlxalq biznes əlaqələrinin inkişafı və onun həlledici (strateji) istiqamətləri» mövzusunda ASK üzvləri üçün seminar keçirilib.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, seminarın məqsədi Azərbaycan-Yaponiya iqtisadi-biznes əlaqələrinin inkişafı, onun həlledici strateji istiqamətləri, Yaponiyada iqtisadiyyatın və biznesin əhəmiyyətli inkişafı haqda, investorların, partnyorların tapılması və onların təmin olunma yolları və ən əsası Azərbaycan və Yaponiya şirkətləri və sahibkarları arasında qarşılıqlı beynəlxalq-iqtisadi əlaqələrin yaradılmasıdır.

Seminarı Yaponiyadan dəvət olunmuş Kvansey Qakuin Universitetinin professoru və «Global Dynamic» şirkətinin prezidenti Toşiyuki Yamanaka aparıb. Seminarda Yaponiyanın ÜDM-nun həcminə görə dünyada Çindən sonra ikinci yerdə olduğu, inflyasiyanın 0,3%, işsizliyin isə 4,7% səviyyəsində olduğu bildirilib, Yaponiya və onun iqtisadi inkişafından, dünya bazarındakı rolundan danışılıb.

Seminarda şirkət və cəmiyyət direktorları, müavinləri, nümayəndələri, iş adamları ümumilikdə 30 nəfərə yaxın insan iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR