Bank Of Baku

«Əzizbəyov» körpüsü qismən açılıb

«Əzizbəyov» körpüsü qismən açılıb
# 30 noyabr 2011 08:03 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

«Heydər Əliyev prospektindən üzü 8-ci km-ə gedən istiqamətdə yol açılıb. Lakin əks istiqamətdə yol hələlik bağlıdır. Burada genişləndirmə işləri aparılır ki, yaxın günlərdə sözügedən istiqamətdə də yol istifadəyə veriləcək», - deyə P.Mürsəliyev bildirib.

Qeyd edək ki, Böyük Şor dairəsində, metronun «Məşədi Əzizbəyov» stansiyasının yanında «8-ci km» adlanan körpü noyabrın 4-də avtomobillərin hərəkəti üçün bağlanılıb. Körpünün bağlanmasının səbəbi Mikayıl Əliyev küçəsində yeraltı piyada keçidinin tikintisidir.

ASC-nin rəsmisi həmçinin bildirib ki, sözügedən yeraltı piyada keçidi dekabr ayında istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR