Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Quba sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Quba sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 01 dekabr 2011 11:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Quba rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Quba rayonu üzrə sahibkarlıq subyektlərindən intensiv meyvə bağlarının salınması, müasir meyvə-tərəvəz emalı müəssisəsinin, həmçinin Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən müxtəlif təyinatlı suvenirlərin və xatirə əşyalarının istehsalı sahəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 434-74-29
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR