Bank Of Baku

Biləsuvarda məcburi köçkünlər üçün «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib

Biləsuvarda məcburi köçkünlər üçün «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib
# 02 dekabr 2011 12:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunun 4 saylı qəsəbəsində «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Cəbrayıl və işğal altında olan digər rayonlardan olan 300-dək məcburi köçkün iştirak edib.

Tədbirdə məcburi köçkünlər üçün maarifləndirici treninq keçirilib, güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması barədə məlumat verilib, sahibkarlara güzəştli kreditlərin verilməsi qaydası barədə broşür və digər maarifləndirici materiallar paylanıb.

Tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib və bildirib ki, 2011-ci ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1 591 investisiya layihəsinin maliyyələşdirilməsinə 130,8 mln. manat güzəştli kredit verilib: «Bu kreditlər hesabına 6 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub. Cari ilin ötən dövrü ərzində məcburi köçkünlərin 161 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,9 mln. manat güzəştli kredit verilib ki, bu layihələrin reallaşdırılması 320-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır».

Bundan başqa, tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Cəbrayıl rayonu və işğal altında olan digər rayonlardan olan 39 məcburi köçkün sahibkara 347 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 70-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR